Texnoloji
“iPhone 7”-ni nə vaxt və neçəyə ala biləcəyik?
Gecə saatlarında ictimaiyyətə təqdim olunan “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarının Azərbaycanda satışa çıxarılacağı vaxt və qiyməti məlum oldu.
Mobil telefonların satış mərkəzlərindən bildirilib ki, yeni smartfonların ilk partiyası artıq sifariş olunub.
“iPhone 7” və “iPhone 7 Plus” gələn ayın əvvəlindən Azərbaycan bazarında satışa çıxarılacaq.
Smartfonların ilkin qiyməti də məlum olub. Verilən məlumata əsasən, telefonun yaddaşından asılı olaraq onun qiyməti 1600-2100 manat civarında müəyyənləşib.
Qeyd edək ki, yeni smartfonların şüşə və alüminiumdan dairəvi korpusu var. “iPhone 7” paslanmaz poladdan olan “Apple” loqosu ilə diqqəti cəlb edir. “Suya davamlılıq” yeni modellərə əlavə edilən əsas xüsusiyyətlərdən biridir. “iPhone 7” modelində “Home” düyməsi yenidən dizayn edilib. “iPhone 7”-nin kamerası 12 MP-lik sensor və optik görüntü sabitləyici ilə təchiz edilib. Fotolar yeni “iP7” çipi vasitəsilə emal olunacaq. Ön kamera 7 MP-dir və HD formatında fotolar çəkməyə imkan verəcək.
Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq, fokuslanma isə daha stabil olacaq. Hər iki smartfon yeni enerjiyə qənaət nəzarəti ilə 64 bitlik dördnüvəli “A10 Fusion” prosessorları və altınüvəli qrafika çipi ilə təchiz olunub. Smartfon alıcılarına dörd rəng seçimi təqdim olunacaq: qızılı, boz, çəhrayı və qara. (oxu.az)
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

