Texnoloji
90-cı İllərdə yaradılan və hələ də aktiv olan 6 vebsayt
İnternetin son 15 ildə keçirdiyi dəyişikliyə baxmaq həmişə əyləncəli olur. Eynilə Windows95 kimi, köhnə dövrlərdən qalan vebsaytlardan bəziləri hələ də aktiv olaraq işləməyə davam edir. Web 2.0 dalğasından öncəki, qrafiklərdən qurulan, bu gün hələ də aktiv qalan vebsaytlardan ən maraqlı olanlarını sizə təqdim edirik:
Space Jam
NBA əfsanəsi Michael Jordan və Looney Tunes personajlarının olduğu filmin vebsaytı təəccüblü şəkildə hələ də aktivdir. Ana səhifədən keçidlərdə sizi maraqlı dizayn gözləyir.
Jurassic Park
1997-ci ilin vebsaytı dinozavr profilləri, GİF-ləri ilə sizi valeh edəcək. GİF-lərin 20 il sonra hələ də populyar qalmasını yəqin ki heç kim gözləmirdi.
Aliweb
İnanmaq nə qədər çətin olsa da,internetdə Google-un olmadığı vaxtlar olub. Aliweb Google və Bing kimi axtarış sistemlərindən əvvəl qurulub və hələ də fəaliyyətdə qalmağa davam edir.
TravelASSİST Magazine
Qrafik və dizayn mənasında siyahıdakı digər saytlarla müqayisədə çox geridə qalsa da, içində olduqca yararlı məlumatlar var. TravelASSİST Magazine-də bir çox şəhər haqqında yazıları hələ də oxuya bilərsiniz.
You've Got Mail
Baş rollarda Tom Hanks və Meg Ryan'ın iş dünyasında rəqib olmalarından xəbərsiz virtual olaraq eşq yaşamasından bəhs edən filmin saytı hələ də aktivdir.
FogCam
Dünyanın ən uzun müddət fəaliyyət göstərən kamerası 1994-cü ildən San Francisco State University'nin bağçasını göstərir. Ancaq kamera görüntünü 20 saniyədən bir yeniləyir.
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO




















.jpg)













_(1).jpg)









