Texnoloji
“Ağıllı” saatlar ürək-damar xəstəliklərini aşkarlayacaq - VİDEO
ABŞ-ın "Farasha" şirkəti ürək-damar xəstəliklərini, qan
təzyiqini izləyən və idmanın növündən asılı olaraq məşqlərin
effektivliyinin yaxşılaşdırılması ilə bağlı tövsiyələr verən
dünyanın ilk avtonom "ağıllı" saatını təqdim edib. "SOWATCH"
adlanan qurğu ilk baxışdan adi "ağıllı" saatları xatırlatsa da,
geniş imkanlara malikdir.
Publika.az "ICTnews"-a istinadən yazır ki, mütəxəssislərin
sözlərinə görə, "SOWATCH" ürək-damar xəstəliklərini, hipertoniya,
hipotermiya, yuxu pozğunluğu və s. xəstəlikləri vaxtından əvvəl
aşkar edir. Ən əsası odur ki, saat smartfona qoşulmadan belə
istifadəçinin yaxınlarını və ya həkimini onda müəyyən xəstəliyin
aşkarlanması və ya halının pisləşməsi barədə xəbərdar edə bilir.
Saat, həmçinin idmançılar üçün faydalı köməkçi kimi çıxış edir.
Belə ki, məşqə başlamazdan əvvəl aksesuarın vacib parametrləri -
addımların sayını, vaxtı, məsafəni, sürəti, temperaturu, qanda
oksigenin səviyyəsini, qan təzyiqini, dəniz səviyyəsinin
hündürlüyünü və digər göstəriciləri izləməsi üçün idman növünü
seçmək mümkündür.
Tədarükünə növbəti ilin martında başlanılacaq "SOWATCH" "ağıllı"
saatını "Kickstarter" saytında 99 dollara sifariş etmək olar.
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO














.jpg)













_(1).jpg)









