Texnoloji
Smartfon üçün sınmayan ekran icad edildi
Böyük Britaniyada Sasseks Universitetinin alimləri
smartfon üçün nazik gümüş nanonaqil qatından sınmayan ekran ixtira
ediblər. Alimlərin sözlərinə görə, belə ekranın sensor keçiricilik
qabiliyyəti şüşə ekrandan daha yaxşı olacaq.
Publika.az “ICTnews”-a istinadən yazır ki, layihə
müəlliflərinin sözlərinə görə, material miqyaslama ilə bağlı
məhdudiyyətlərə malik deyil, buna görə noutbuk və televizorların
sensor ekranları üçün də istifadə edilə bilər. Belə ekranların
istehsalı adi ekranlarla müqayisədə beş dəfə daha ucuz başa
gələcək.
Adi ekran şüşəsi qatının alt hissəsinə barmaq toxunuşuna həssas
elektrodlar yerləşdirilib. Bu elektrodlar indium oksid və qalaydan
hazırlanıb. Gümüş nanonaqil daha möhkəm elektrod strukturu təmin
edir.
Sasseks Universitetinin professoru və ixtiranın müəlliflərindən
biri Alan Dalton deyir ki, adi displeyin hər bir pikseli
subpiksellərə bölünüb. Adətən onlar qırmızı, yaşıl və göy rəng üçün
olan piksellərdir. Gümüş nanonaqil də subpiksellərə malikdir ki, bu
da yüksək dəqiqlikli ekranlar hazırlamağa və şəffaflığını saxlayan
nazik naqil qatı yaratmağa imkan verir. Bu halda plyonka mexaniki
zədələrə dayanıqlı olduğundan ekranı sındırmaq mümkün deyil.
Alimlər “M-Solv UK” şirkəti ilə birgə texnologiyanın kommersiya
istifadəsini planlaşdırır.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

