• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

Niyə hər 31 saniyədən bir Facebooku yoxlamaq istəyirik?

  • Texnoloji
  • 18 Sentyabr 2016 04:05
  • 1 319 Baxış
Niyə hər 31 saniyədən bir Facebooku yoxlamaq istəyirik?

Beynimizin hər 31 saniyədən bir Facebooku yoxlamaq istədiyini bilirdinizmi? Bəs bunun səbəbi nədir? Bunun qarşısını necə almaq olar?

Publika.az deyerler.org-a istinadən bildirir ki, son illərin ciddi problemlərindən biri budur. Hər hansısa bir işlə məşğul olan zaman beynimiz, başda Facebook olmaqla, sosial şəbəkələri yoxlamağın lazımlığını hiss etdirir. "The Next Web"in xəbərinə görə isə, günümüzdə bu müddət, artıq 31 saniyyəyə enib!

Bəli. Səhv oxumadınız. Beynimiz bir işlə məşğul olan zaman 31 saniyyədən bir Facebook səhifəmizi yoxlamağımızı yada salır.

Elm adamalarına görə, bir insanın bir işə diqqətini cəmləşdirməsi isə, orta hesabla 15 dəqiqə təşkil edir. Vəziyyət belə olduqda isə, işlərin miqdarı böyüyür və daha çox vaxt almağa başlayır. Yəni, 31 saniyyədən bir Facebooka baxmaq refleksimiz süni də olsa işə düşür. Lakin hər hansısa səbəbə görə, bu istəyə yox deməyib, sosial şəbəkələri qısa müddətli belə olsa yoxlamaq, iş üzərində fikirin cəmlənməsini hər dəfə 15 dəqiqə geri atır. Bu isə, ciddi bir vaxt itkisinə gətirib çıxardır.

Alimlərin bir universitetin kompüter otağında həyata keçirilən sınaq zamanı tələbələrin çalışma davamiyyətləri ilə bağlı maraqlı nəticələr əldə etdilər. Əldə edilən nəticələr isə, bu araşdırmamıza ciddi olaraq kömək edir.

Araşdırmanın nəticələrinə görə, məktəb tapşırığını etməyə başlayan bir tələbə, 31 saniyyəlik periodlar halında tam fikrini artıq müasir dövrdə cəmləyərək işləyə bilir. Əvvəl isə, bu müddətin 5 dəqiqə olduğu hesablanmışdı.

Alimləri maraqlandıran əsas sual isə budur; beynimiz bu istəyinin qarşısını necə ala bilər?

Elm adamları bu istəyin qarşsını aşağıdakı üsullarla aradan qaldırmağın mümkün olduğunu bildirirlər.

Tənbəlliyinizi yox edin!

Bir müdətlik də olsa Facebook və digər sosial şəbəkələrə bağlanmağı şüurlu şəkildə çətinləşdirin. İnsalar adətən bir işlə məşğul olan zaman beyinlərində daha rahat iş axtarır. Bu asan iş isə, təbii ki, sosial şəbəkələrin yoxlanılması kimi işlərdir. Lakin insanlar bu problemi həll etmək üçün asan iş kimi sosial şəbəkələrin yoxlanılması yox, daha fərqli işlərə özlərini yönləndirməlidirlər. Alimlər isə, kimdə 31 saniyədən bir Facebooka baxmaq halı mövcuddursa, müalicə üçün ümumiyyətlə Faceboku bir müddətliyinə dayandrmağı tövsiyyə edirlər.

Çətin işlərdən başlayın!

Əgər edəcəyiniz işlərin içində asan və çətin işlər varsa, əvvəl çətindən başlayın. Daha sonra isə, asan işləri etməyi alimlər məslət görürlər. Bu isə, çətin işləri edən zaman beynimizi daha fəal olaraq işə salır ki, bu da kənar amilləri dəf edir. Bundan əlavə, sevdiyiniz işləri görən zaman telefonunuzu özünüzdən uzaqlaşdırın. Buna səbəb isə, sosial şəbəkələrin hər saat başı baxılması ən sevdiyiniz işdən belə sizi soyudur.

Aparılan araşdırmalara görə, insanların ən çox diqqətini çəkən məsələlərdən biri də mesajlar və məktubların telefonun ekranına çıxmasıdır. Bunun üçün mütəxəssislər telefonlarda mesajları və məktubları "daha sonra sosial şəbəkəyə girən zaman göstərmək" rejiminə keçirməyi məsləhət görürlər.

Bütün bunların heç birini edə bilmirsinizsə, bu zaman telefonun ekranına ən vacib işinizin adını yazaraq, onun təhvil verilmə tarixni də yazın. Bu zaman telefondan istifadə müəyyən mənada azalacaqdır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR