Texnoloji
“iPhone 7”ni dondurdular və qaynatdılar - VİDEO
Yeni "iPhone 7” smartfonu öz xarakteristikasına görə rəqiblərini geridə qoymağa davam edir.
İKT.lent.az-ın xəbərinə görə, bundan əvvəl "iPhone 7”nin suya davamlılığı yoxlanıb və smartfon bu sınaqdan uğurla keçib. Eləcə də, "iPhone 7”nin təchiz olunduğu "A10 Fusion” prosessorunun öz rəqiblərindən öndə olduğu müəyyənləşib. Son olaraq, "iPhone 7”nin donma və qaynamaya dözümlülüyü test edilib.
"TechRax” videobloqunun sahibi, ABŞ-ın Kaliforniya ştatına yaşayan Taras Maksimuk "iPhone 7”nin "Coca-Cola”nın içində dondurulmuş vəziyyətdə bir müddət qaldıqdan sonra hansı vəziyyətə düşdüyünü yoxlayıb. O, smartfonu şüşə qabın içərisinə qoyub və qabı "Cola” ilə dolduraraq soyuducunun buzlama yerinə qoyub. "iPhone 7” orada 17 saat qalıb. T. Maksimuk daha sonra qabı soyuducudan çıxararaq buzlanmış "Cola”nı çəkiclə qırıb və smartfonu çıxararaq işə salıb. "iPhone 7” müəyyən fasilələrlə də olsa, işləməyə başlayıb. Səs keyfiyyəti müəyyən qədər zərər görüb və azalıb. Bundan başqa, smartfon işə salındıqdan sonra ekranda qəhvəyi ləkələr yaranıb, bu isə göstərir ki, 17 saat ərzində maye az da olsa, cihazın içərisinə sıza bilib. Smartfon ekstremal şəraitdə "yaşamaq” üçün batareyanın demək olar ki, bütün enerjisini sərf edib, soyuducudan çıxarıldıqdan sonra onun cəmi 18% enerjisi qalıb.
T. Maksimuk "iPhone 7”nin qaynadıldıqdan sonrakı vəziyyətini də yoxlayıb. Smartfon 7 dəqiqə ərzində suda qaynadılıb. Sudan çıxarılıb, işə salındıqdan sonra o, əvvəlcə işə düşməyib. Lakin 10 dəqiqə sonra smartfon problemsiz şəkildə çalışmağa başlayıb.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

