Texnoloji
Telekommunikasiya trafikinin idarə edilməsi dövlətin nəzarətində olacaq
Beynəlxalq rabitə trafikinin tənzimlənməsi və idarə edilməsi dövlətin nəzarətində olacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov nazirliyin I rübün yekunlarına həsr edilmiş kollegiya iclasında deyib.
Onun sözlərinə görə, dövlət telekommunikasiya strukturlarının səs trafiki üzrə inhisarçılığı kənardan birmənalı qarşılanmaya bilər: "Buna baxmayraq, bu, qəbul edilmiş qərar və günün reallığıdır".
Ə.Abbasov müavinlərinə və Rabitə Yüksək Texnologiyalar Nazirliyinin
Tənzimləmə şöbəsinə bu məsələni qanuniləşdirməyi və onu həyata
keçirməyi tapşırıb.
Nazir qeyd edib ki, bu, "Aztelekom" və "Bakı Telefon Rabitəsi" kimi
dövlət operatorlarını inhisarçılıq məsələlərində narahat
etməməlidir: "Bu, əlbəttə ki, belə deyil. Trafikin idarə edilməsi
məsələsi üzrə qəbul etdiyimiz qərar müvəqqəti xarakter daşıyır və
bu məsələ vaxt ötdükcə liberallaşdırılacaq, yəni hər şey bazar
iqtisadiyyatının qanunlarına qayıdacaq. Bu gün isə bunu haqlı
olaraq qəbul etmək lazımdır".
Onun sözlərinə görə, məsələ növbəti kollegiya iclasınadək (iyulun
əvvəli) həll olunmalıdır: "Biz bu məsələni danışıqlar yolu ilə həll
etmək istəyirik. Əks halda, biz mövcud qanunvericilik çərçivəsində
məhkəmə-huquq tənzimlənməsinə əl atmağa hazır olacağıq. Bu barədə
bildiriş Azərbaycanın bütün telekommunikasiya operatorlarına
göndərilləcək".
Nazirliyin bu il və növbəti illər üçün qarşısında dayanan əsas
vəzifəsi telekommunikasiya infrastrukturunun genişləndirilməsi və
hər bir vətəndaşın ondan istifadə edə bilməsinin təmin edilməsidir.
Söhbət bütün telekommunikasiya şəbəkələrindən (mobil və stasionar
rabitə, internet xidmətlər, televiziya və radioyayım
infrastrukturu) gedir.
Ə.Abbasov vurğulayıb ki, Azərbaycanın mobil rabitə sektoru tam
özəlləşdirilib ki, bu da çox yaxşı göstəricidir: "Çünki bu, dünya
təcrübəsində də iqtisadiyyatın özəl sektorunun nəzarətindədir.
Nazirlik mobil operatorlara qarşı tənzimləmə alətlərini kifayət
qədər tətbiq etmir və bu seqment üzərində nəzarət istənilən
səviyyədə deyil. Hazırda operatorlar arasında müəyyən problemlər
mövcuddur, buna görə də bazarda tənzimlənmənin gücləndirilməsinə
ehtiyac var. İlin əvvəlində nazirlik kollegiyasının qəbul etdiyi
qərar həyata keçirilməlidir. Bizim bunun üçün kifayət qədər hüquqi
potensialımız var"
-
MDB10:13Rusiya ordusu Ukraynanın yük gəmisini vurdu
-
Magazin109:52Bakıda daha bir dəbdəbəli toy: Kutsi dəvət edildi
-
Qarabağ 09:37Gəncənin ilk mülki şəhidi - Həmin gün əsgərlərə dəstək olmağa gedəcəkmiş
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI



































.jpg)
