Texnoloji
Ölkədə kompüterlərin virusa yoluxma səviyyəsi azalıb
Azərbaycanda istifadəçilərin 42,64 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib. Bu barədə "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən 2014-cü ilin birinci rübünün yekunları üzrə virus aktivliyi icmalında deyilir.
İcmala görə, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici
24,8 faiz azalıb.
Son ay ərzində ölkədə istifadəçilərin 42,9 faizi internet
vasitəsilə virusa yoluxma riski ilə üzləşib.
İcmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma
riskinə daha çox məruz qalan 20 ölkə arasında yeddinci yeri
tutur.
Ölkələrin TOP 10-na 51,44 - 35,87 9 faizlə daxil olan ölkələr
Vyetnam, Rusiya, Qazaxıstan, Ermənistan, Monqolustan, Ukrayna,
Azərbaycan, Belarus, Moldova və Qırğızıstandir.
Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin
internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin
dərəcəsini qiymətləndirmək üçün şirkət bir ay ərzində hər bir
ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü
hesablayıb.
Ən böyük yoluxma riskinə məruz qalmış ölkələrin iyirmiliyinə
həmçinin Tacikistan, Gürcüstan, Xorvatiya, Qətər, Əlcəzair,
Türkiyə, Litva, Yunanıstan, Özbəkistan və İspaniya daxildir.
İnternet istifadəçilərinin riskə daha az meyilli olduqları ən
təhlükəsiz ölkələr sırasına daxildir: Sinqapur (10,5 faiz),
Yaponiya (13,2 faiz), İsveç (14,5 faiz), CAR (15,6 faiz), Tayvan
(16,1 faiz), Danimarka (16,4 faiz), Finlandiya (16,8 faiz),
Niderland (17,7 faiz) və Norveç (19,4 faiz).
Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin məruz
qaldıqları internet vasitəsilə yoluxma riskinin dərəcəsini
qiymətləndirmək üçün şirkət rüb ərzində ölkələrdən hər birində
istifadəçilərin Web-antivirusun işləməsi ilə nə qədər tez-tez
rastlaşdıqlarını hesablayb.
2014-cü iliin birinci rübünün yekunları üzrə "Kasperski
laboratoriyası" məhsulları istifadəçilərinin kompüterlərində 645,8
milyon zərərverici proqram aşkar edilərək zərərsizləşdirilib, Web
vasitəsilə 1,13 milyard yoluxma cəhdinin qarşısı alınıb.
/Trend/
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ






















.jpg)















