Texnoloji
NASA-dan yeni iddia: Yupiterin peykində həyat var
Amerika Milli Aero-Kosmik Agentliyi NASA Yupiter planetində araşdırmalarına dair yeni təfərrüatlar açıqlayıb.
NASA laboratoriyasının tədqiqatçıları belə bir iddia irəli sürüblər ki, Yupiterin və bütün Günəş sisteminin ən böyük peyki olan Qanimed peykində həyatın mövcud olması üçün şərait var.
Qanimed peyki bir neçə yüz kilometr dərinliyi olan
nəhəng okeanı formalaşdıran qaya süxurlarından və donmuş buz
qatından ibarətdir. Bu, Günəş sistemində öz maqnit sahəsinə malik
olan yeganə peykdir. Onun həmçinin tərkibinə oksigen daxil olan
zərif atmosfer qatı da var.
NASA alimləri bu peykin okeanını tədqiq edərkən
belə bir nəticəyə gəliblər ki, bu okean qeyri-bərabər şəkildə
donub, yəni - ondakı buz qatları böyük duz kütləsi hesabına
donmayaraq maye halında qalan su qatları ilə növbələşir. Alimlər
ehtimal edirlər ki, duzlu su okeanın dibinə çata və qaya süxurları
ilə əlaqəyə girərək, üzvi həyatın inkişafı üçün vacib olan şəraiti
yarada bilər./Anspress
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi















.jpg)








.jpg)














