Texnoloji
Facebook-un yaradıcısına heykəl qoyuldu
Cari ilin iyununda Madam Tüsso Muzeyində Facebook sosial
şəbəkəsinin direktoru Mark Zukerberqin də mum fiquru
yerləşdiriləcək. Beləliklə, İT sənayesinin ən gənc və istedadlı
liderinin heykəlciyi bir çox tanınmış simalarla yan-yana
dayanacaq.
Sosial şəbəkələrdə yerləşdirilən eskizə görə, Mark kresloda özünəməxsus oturuşu və əlində notebook ilə mumlaşdırılıb. Məlum olduğu kimi, Zukerberq öz sərbəst və səmimi davranışı ilə ətrafdakıların simpatiyasını qazanıb. Görünür, onu notrimota köçürənlər də bu səciyyəvi xüsusiyyəti nəzərə alıb.
Qeyd edək ki, Madam Tüsso Mum Fiqurlar Muzeyi 1835-ci ildə Mariya Tüsso tərəfindən təsis edilib. Ona mum fiqurların yaradılması sənətini həkim Filip Körtis öyrədib. Deyilənlərə görə, Mariyanın anası Filip Körtisin evində işləyib. O, ustadından öyrəndikləri sayəsində artıq 1765-ci ildə ilk mum fiqurunu düzəltməyə müvəffəq olub. Maraqlıdır ki, onun ilk əl işi kral XV Lüdovikin məşuqəsi Marri Janna Dyubari olub.
Mariya daima öz üzərində işləyib və zaman keçdikcə hətta ən mötəbər qurumlardan belə sifarişlər qəbul edib. Fransa inqilabı zamanı kral ailəsinin ölümündən sonrakı maskaların düzəldilməsi ilə bağlı sifariş də bu qəbildəndir. Mariya ustadı Körtisin vəfatından sonra onun bütün mum fiqurları kolleksiyasına sahiblənib. 1835-ci ildə isə Mariya Tüsso Londonun Beyker küçəsində ilk daimi sərgi təşkil edib.
Hazırda Madam Tüsso Muzeyinin 14 şəhərdə filialı fəaliyyət
göstərir: Amsterdam, Las-Veqas, Nyu-York, Los-Anceles, Honkonq,
Şanxay, Vaşinqton, Vena, Berlin və sairə. Bir çox məşhurların mum
heykəlcikləri isə həmin şəhərlərdəki muzeyləri bəzəyir.
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?















.jpg)







.jpg)














