Texnoloji
Şirkət “Asan İmza” xidmətində tarifləri aşağı saldı(R)
Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom abunəçiləri üçün daha bir endirim etdi.
Azərbaycanda ilk dəfə olaraq “Asan İmza” mobil elektron imza xidmətini təklif edən şirkət sözügedən xidmətdə tarifləri inanılmaz dərəcədə endirdi. Belə ki, 16 may tarixindən etibarən, əhali, dövlət qulluqçuları və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər “Asan İmza” xidmətindən istifadə edərkən, qoşulma haqqı üçün ƏDV daxil cəmi 18 AZN ödəyəcək. "Asan İmza" istifadəçiləri üçün xidmətdən aylıq istifadə haqqı isə 0,5 manat təşkil edəcək. Bundan əlavə 20 iyun 2014-cü il tarixindən etibarən "Asan İmza" vasitəsilə yerinə yetirilən hər bir əməliyyat (autentifikasiya/elektron imzalama) üçün 1 SMS-in qiyməti 0,03 manat olacaq.
Məlumat üçün bildirək ki, "Asan İmza" xidməti hər bir mobil abunəçiyə elektron xidmətlərdən yararlanmaq, elektron imzadan asanlıqla istifadə etmək imkanı yaradır. “Asan İmza” mobil elektron imza xidmətinin sürəti və rahatlığı dövlət xidmətlərinə çıxışda rast gəlinən maneələri xeyli azaldır, xidmət istifadəçilərini və tərtibatçılarını yeni texnologiyaların aktiv istifadəsinə stimullaşdırır. Xidmətdən istifadə etmək üçün ASAN Xidmət Mərkəzlərində təşkil olunan Azercell Qeydiyyat Məntəqəsinə yaxınlaşmaq lazımdır. Burada Asan İmza SIM kartını və elə həmin mərkəzdə yerləşən Vergilər Nazirliyinin Xidmət Məntəqəsindən elektron imza sertifikatı əldə etmək olar. Asan İmza – Mobil İmzalı SİM-kart həm mövcud, həm də yeni Azercell nömrələrə uyğunlaşdırıla bilər.
Azərbaycanın mobil rabitə bazarında ilklərə imza atan, analoqu olmayan xidmətləri, endirmli tarif paketlərini, sərfəli kampaniyaları təqdim edən Azercell bu ilin sonuna qədər fərqli yenilikləri ilə abunəçilərini sevindirəcək.
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?















.jpg)







.jpg)














