Texnoloji
“Facebook”da möhtəşəm dəyişiklik – FOTO
Dünyanın ən məşhur sosial şəbəkəsi "Facebook" gizlilik
nizamlarında yenidən dəyişikliyə gedir.
Dünyanın ən böyük sosial şəbəkə saytı olaraq bilinən "Facebook"
istifadəçilərinin tez-tez şikayətləndiyi gizlilik nizamlarına
yenidən göz gəzdirməli olub.
İlk mərhələdə uzun müddətdir ki, "Facebook"a yeni üzv olanlar hər
hansı bir şey paylaşanda '"Public" ("Hamıya açıq") formatında
yayımlanırdı. Yəni nizamları özümüz dəyişməsək, paylaşdıqlarımızı
hamı görürdü. Xüsusilə, "Facebook"da yeni qeydiyyatdan keçən
üzvlərin parametrlərdən bixəbər olduğu üçün "hamıya açıq"
paylaşımlar etdiyini bilməməsinə görə "Facebook"a irad
tutulurdu.
Son dəyişikliklərə əsasən yeni üzvlərin paylaşımları avtomatik
olaraq "Friends" ("Dostlar") formatında yayımlanır.
Gizlilik nizamlamalarındakı başqa bir dəyişiklik isə
istifadəçilərin məzmun paylaşarkən daha diqqətli olmalarını təmin
edir. Məsələn bir məzmun paylaşdıqda ekrana gələn xəbərdarlıq
pəncərəsi, sizə "bu paylaşımı kimlər görsün istəyirsiniz" sualını
yönəldir.
Bu xüsusiyyətin çox yaxında bütün istifadəçilərə təqdim edilməsi
gözlənilir. /Ans/
-
Cənubi Qafqaz15:52Moskva-İrəvan xətində dəmir yolu böhranı - Ermənistan Rusiyaya etiraz edir
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?

















.png)





















