Texnoloji
Azərbaycan-Türkiyə I Yüksək Texnologiyalar Forumu keçiriləcək
Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı,
Türkiyə Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyinin dəstəyi ilə
cari ilin 29-30 may tarixlərində İstanbulda IX Qara Dəniz və Xəzər
Tənzimləyici Konfransı keçirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a
verilən məlumata görə, Qara dəniz və Xəzər hövzəsi ölkələrinin
rabitə və informasiya texnologiyaları sahəsi üzrə tənzimləyici
qurum rəhbərlərinin iştirakı ilə keçirilən konfransda Azərbaycanı
rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik
etdiyi nümayəndə heyəti təmsil edib.
28 ölkədən 300 nəfərə yaxın yüksəksəviyyəli nümayəndənin iştirak
etdiyi "Yeni texnologiyalar və yeniliklərin tənzimləməyə təsiri"
mövzusunda keçirilən konfrans telekommunikasiyanın tənzimlənməsi
sahəsində bilik və təcrübələrin, həmçinin ölkələr arası rabitə
məsələlərinin müzakirə və mübadiləsi məqsədi daşıyıb.
Konfransın açılış mərasimində nazir Ə.Abbasov məruzə ilə çıxış
edib. Nazir öz çıxışında Azərbaycanda rabitə və yüksək
texnologiyalar sahəsində aparılan islahatlardan, həyata keçirilən
genişmiqyaslı tədbirlərdən, həmçinin əldə olunan nailiyyətlərdən
danışıb.
Ölkəmiz və bütünlükdə region üçün mühüm əhəmiyyət kəsb edən
layihələrə toxunan nazir BMT-nin Baş Assambleyasının müvafiq
qətnamələri ilə siyasi dəstək almış "Trans-Avrasiya Super
İnformasiya Magistralı" (TASİM), həmçinin Azərbaycanın təşəbbüsü
ilə yaradılan "Avrasiya Rabitə Alyansı" (Eurasian Connectivity
Alliance - EuraCA) barədə geniş məlumat verərək, bir çox
dövlətlərin bu layihələrdə iştirakının faydalı olacağını diqqətə
çatdırıb.
Konfrans çərçivəsində nazir Türkiyənin nəqliyyat, dənizçilik və
rabitə naziri Lütfi Əlvan, Əfqanıstanın rabitə naziri Əmirzai
Sangin, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Bürosunun rəhbəri
Bahia Sono və digər rəsmi şəxslər və şirkət rəhbərliklərinin
təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib.
Türkiyəli nazirlə keçirilən geniştərkibli görüşdə Azərbaycanla
Türkiyə arasında yüksək texnologiyalar, kosmik sənaye və poçt
sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi, eyni
zamanda, cari ilin 2-5 dekabr tarixlərində Bakıda təşkil olunacaq
ənənəvi "BakuTel" telekommunikasiya və informasiya texnologiyaları
sərgi-konfransında daha çox Türkiyə şirkətlərinin öz məhsul və
xidmətlərini təqdim etməsi ilə yanaşı, "Azərbaycan-Türkiyə Birinci
Yüksək Texnologiyalar Forumu"nun da keçirilməsi qərara alınıb.
-
Kriminal08:48Qayınata keçmiş kürəkənini qətlə yetirdi
-
İKT08:00Smartfonun "güc" düyməsinin gizli funksiyaları - 5 dəfə tez-tez basmaqla...
-
Magazin106:16Daha bir serial eşqi gerçək oldu - FOTO
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO






































