Texnoloji
Google yeni servis hazırlayıb
Google şirkəti Avropa ölkələri sakinləri üçün sorğuya
görə axtarış nəticələrindən istifadəçilərin şəxsi həyatına aid
veb-səhifələri silməyə imkan verən yeni xidməti istifadəyə verməyi
planlaşdırır.
Şirkət bu addımı Avropa Məhkəməsinin qəbul etdiyi qərarla bağlı
atmağa məcbur olub. Belə ki, məhkəmənin qərarına əsasən, sorğuya
görə köhnəlmiş və ya qeyri-aktual məlumatlara istinadlar
serverlərdən silinməlidir.
Financial Times nəşrinə müsahibədə Google-un icraçı direktoru Larri
Peyc şirkətin Avropa İttifaqının ali məhkəmə instansiyasının
qərarını yerinə yetirəcəyini deyərək xəbərdarlıq edib ki, bu,
innovasiyalara ziyan vura və söz azadlığını boğan rejimlərə sərf
edə bilər.
Qeyd edək ki, bir müddət əvvəl Google Avropa Məhkəməsinin çıxardığı
qərardan təəssüfləndiyini bildirib. Şirkət və əksər hüquqşünaslar
hesab edirlər ki, qüvvədə olan Avropa qanunvericiliyinə görə, bu
qanun yalnız tam olmayan və ya səhv informasiyaya şamil edilir.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











