Texnoloji
(R) Azercell-də mobil internet indi daha sərfəli
50 MB internet trafiki cəmi 0,25 AZN-a
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC mobil internet abunəçiləri üçün daha bir sərfəli təkliflə çıxış edir. Belə ki, 3 iyun tarixindən etibarən Azercell Fakturalı və eləcə də Fakturasız xətt abunəçiləri üçün 50 MB internet trafikini 0,25 AZN-ə əldə etməyə imkan verən “Günlük İnternet” Xidmətini istifadəyə verildi. Bu zaman abunəçilərin əldə etdikləri internet paketinin istifadə müddəti 24 saatdır. 24 saatdan sonra paket avtomatik olaraq yeniləcək. Bu sərfəli təklifdən yararlanmaq üçün abunəçilər 2525 nömrəsinə 50 və ya 50 MB yazıb göndərməlidirlər.
Qeyd edək ki, Azercell Telekom mütəmadi olaraq mobil internet istifadəçiləri üçün endirimli kampaniyalar və sərfli xidmətlər təklif edir. Bir müddət bundan öncə şirkət abunəçiləri üçün “Fərdi paket” xidmətini istifadəyə verib. Azərbaycanda ilk dəfə təqdim olunan bu yenilik Azercell abunəçilərinə maksimal dərəcədə müsbət müştəri təcrübəsi və şəffaflıq təmin etməklə, yalnız bir əməliyyatın köməyi ilə məhz onlara gərəkli olan həcmdə xidmətləri seçməyə imkan verir.
Əlavə olaraq bildirmək istərdik ki, 2013-cü ildə Ookla Net Index göstəricisinə əsasən, Azərbaycanda ən yüksək mobil internet sürətini - saniyədə 5.5 MB məhz Azercell təmin edir. Şirkətin hər ikinci abunəçisinin fəal mobil internet istifadəçisi olduğu halda, Azercell müştəriləri arasında mobil internetdən istifadənin artım göstəricisi 120%-dən artıq olmuşdur. Məlumat üçün bildirək ki, son 2 il ərzində Azercell Mobil Internetin 1 MB üçün olan qiymətini 13 dəfə aşağı salıb. Etibarlı rabitə və unikal xidmətlərlə bərabər, Azercell öz abunəçilərini hər zaman olduğu kimi, yeni kampaniyalar və sərfəli tarif planları ilə sevindirməkdə davam edir.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











