Texnoloji
Ən təhlükəsiz brauzer hansıdır?
Mobil və onlayn proqram təminatının sınaqdan keçirilməsi üzrə ixtisaslaşmış Kaliforniyanın “Sauce Labs” şirkəti ən təhlükəsiz brauzerlərin reytinqini hazırlayıb. Brauzerlərin üzərində 55 milyondan çox sınaq keçirilib və bundan sonra proqramın işində aşkar edilmiş səhvlərin sayı tərtib edilib.
“Dailycomm.ru” saytı bildirir ki, “Internet Explorer” brauzeri başqaları ilə müqayisədə daha çox sıradan çıxıb: səhvlərin payı 0,25% təşkil edib. Müqayisə üçün, “Safari” brauzerində bu göstərici 0,15%, “Opera”da 0,125%, “Chrome”da 0,12% və “Firefox”da 0,11% olub.
“Firefox 22” ən təhlükəsiz brauzer elan edilib, onun işində nasazlıq, demək olar ki, qeydə alınmayıb. “Sauce Labs”ın reytinqində daha sonra “Chrome 27”, “IE10”, “Opera 12” və “Safari 6” brauzerləri qərarlaşıb.
"Chrome brauzerinin əksər versiyalarında aşkar edilmiş səhvlər o qədər azdır ki, onlar qrafikdə əks olunmayıb. Eyni sözlər “Firefox” brauzerinin son versiyalarına da aiddir. Bu o deməkdir ki, “Chrome” və “Firefox” sabit məhsuldarlığa malikdir".
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
































.jpg)
