Texnoloji
"8K” formatlı “OLED” displey yaradılıb
Publika.az-ın məlumatına görə, Semiconductor Energy
Laboratory” (SEL) laboratoriyası, “Advanced Film Device” (AFD) və
“Sharp” şirkətləri “8K” formatlı yüksək təsvir ölçüsünə malik 13,3
düym displeyin prototipini nümayiş etdirib.
Qurğunun ekranı üzvi işıq diodlarından (OLED) və işıq filtrlərindən
hazırlanıb.
Displeyin təsvir ölçüsü 7680х4320 piksel təşkil edir ki, bu da Full
HD (1920х1080 piksel) formatlı panellərin təsvir ölçüsündən 16 dəfə
çoxdur. “8K” displey prototipinin bir düym üçün piksellərinin sayı
“664 ppi” təşkil edir. Müqayisə üçün qeyd edək ki, 13,3 düymlü
“MacBook Pro” noutbukunun “Retina” displeyinin təsvir ölçüsü
2560x1600 pikselə və 227-yə bərabər “ppi” göstəricilərinə
malikdir.
“CAAC-OS” (C-Axis Aligned Crystalline Oxide Semiconductor)
texnologiyasından istifadə olunmaqla istehsal edilən displey
prototipində işıq diodları beş tranzistor və bir kondensatorla
idarə olunur.
Perspektivdə “8K” formatlı 13,3 düymlü displey “high-end” sinfindən
olan portativ kompyuterlərdə tətbiq edilə bilər.
-
Sosial15:22Birdəfəlik sosial müavinətlər ödənildi
-
Magazin114:46“Boşanmalarda 99% qız tərəfi günahkardır” - Aşıq Zülfiyyə
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO














.png)
























