Texnoloji
Ən təhlükəsiz smartfon ... (FOTO)
İsveçrənin "SGP Technologies" şirkəti son dərəcə təhlükəsiz "Blackphone" smartfonunun birinci modellərinin tədarükünə başlayıb. Şirkətdən bildirilib ki, "Blackphone" smartfonunun birinci partiyası, demək olar ki, satılıb. İyulun 14-dən sözügedən smartfonun növbəti satışlarına başlanılacaq.
Publika.az "ICTnews" elektron xəbər xidmətinə istinadən bildirir ki, 629 dollarlıq aparat İsveçrənin "SGP Technologies" şirkəti tərəfindən buraxılır. Cihaza "Android" əməliyyat sisteminin xüsusi versiyası quraşdırılıb. Aparat təhlükəsiz səsli və videozəng sistemi, mətn messenceri və fayl mübadiləsi, həmçinin məxfi rejimdə internet brauzer təklif edir.
Əvvəllər "PGP" proqram təminatını yaratmış və "Silent Circle" şirkətinin yaradıcısı və direktoru Filipp Simmerman deyir ki, "Blackphone" smartfonu tərəfdaşlar üzərindən Avropa, Şimali və Cənubi Amerikada satılacaq.
Simmerman deyib ki, smartfon nəzarət edəcək ki, mobil rabitə provayderləri və tətbiq tərtibatçıları istifadəçi haqda həddən-ziyadə məlumat toplamasın.
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq



















.jpg)

















