Texnoloji
Planşetlərin satışı 5 dəfə artacaq
TrendForce analitik şirkətinin tədqiqat bölməsi olan WitsViewnin
ekspertlərinin proqnozuna görə, 2014-cü ildə planşetlərin qlobal
tədarükü ötən illə müqayisədə 4.7 faiz artaraq 205,5 milyona
çatacaq. Analitiklərin qiymətləndirməsinə əsasən, 2013-cü ildə
dünya bazarına ümumilikdə 196,3 milyon planşet tədarük
ediləcək.
Publika.az-ın ICTnews-a istinadən məlumatına görə, mütəxəssislər
qiymət rəqabətinin güclənməsi, böyükölçülü smartfonların
populyarlaşması, yeni ucuz noutbukların çıxarılması kimi bir sıra
daxili və xarici amilləri azalmaya səbəb kimi göstərirlər.
WitsViewnin tədqiqat direktoru Erik Çiu hesab edir ki, bazarın
lideri Apple şirkəti ikinci rübdə yalnız 13 milyon planşet tədarük
edib. Mütəxəssisin proqnozuna görə, 2010-cu ildə planşet bazarına
çıxmış ABŞ şirkətində ilin nəticəsinə görə ilk dəfə tədarük
azalması qeydə alına bilər. Cari ildə Apple şirkəti 68,4 milyon
iPad planşeti tədarük edəcək ki, bu da 2013-cü illə müqayisədə 7,8
faiz azdır. Nəticədə şirkətin bazar payı 37.9 faizdən 33.3 faizədək
azalacaq.
Dünyanın ikinci planşet istehsalçısı Samsung Electronics şirkətinin
artım tempi planlaşdırılan həcmdən geri qalır. Gözləntilərə görə,
2014-cü ildə şirkət tədarük həcmini yalnız 14 faiz artıraraq 48
milyona çatdıracaq. Şirkətin bazar payı ötən illə müqayisədə
artaraq 23,3 faiz olacaq.
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq



















.jpg)

















