Texnoloji
Ən böyük onlayn şirkəti vergidən yayınır (FOTO)
Avropa İttifaqının (Aİ) antiinhisar tənzimləyici orqanları
Lüksemburqdan ABŞ-ın Amazon onlayn pərakəndə satış şirkətinin vergi
məlumatlarının təqdim olunmasını xahiş ediblər.
Publika.az-ın ICTnews-a istinadən məlumatına görə, Amazon-un Avropa
bölməsinin Amazon EU mənzil-qərargahı Lüksemburqda yerləşir.
Komissiyanın versiyasına görə, şirkət transfert qiymətqoymanın
formalaşdırılması üçün törəmə müəssisələrdən istifadə edərək vergi
ödənişlərini minimuma endirib.
Şirkət üçün 2013-cü ildə vergilərin ümumi faiz dərəcəsi 31,8 faiz
təşkil edib ki, bu da bir il əvvəldən 8 faiz azdır. Amazon EU-nun
maliyyə göstəricilərinə əsasən, 2013-cü ildə şirkət Aİ ölkələrində
satışdan 13,6 milyard avro məbləğində gəlir əldə edib.
Qeyd edək ki, bir müddət əvvəl Aİ Apple, Starbucks və Fiat
şirkətləri ilə bağlı vergi araşdırmasına başlayıb. Araşdırmaların
aparılması üçün əsas bu şirkətlərə müvafiq olaraq İrlandiya,
Niderland, Lüksemburq tərəfindən böyük vergi güzəştlərinin edilməsi
olub.
Dünyanın nəhəng onlayn pərakəndə satış şirkəti olan Amazon ABŞ-dan
kənarda – Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya və
s. ölkələrdə filiallara malikdir, eləcə də 61 ölkəyə mallar
çatdırır. Şirkətin NASDAQ birjasında kapitallaşma dəyəri 155,3
milyard dollar təşkil edir.














-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq



















.jpg)

















