Texnoloji
Rusiya ilə ABŞ arasında xaker qalmaqalı
Xakerlik etdiyinə görə, ABŞ-da həbs olunan rusiyalı Roman Seleznev ölkəsinə verilməyəcək.
Axar.az xəbər verir ki, Seleznev Maldiv adalarında ailəsi ilə birgə istirahət edərkən saxlanılıb və Guam adasına aparılıb.
Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər nazirliyi Seleznevin üçüncü ölkədə həbs olunaraq ABŞ-a aparılmasını qanunsuz adlandırıb.
Qeyd edək ki, Seleznevin kompüterlərə yerləşdirdiyi proqram nəticəsində ABŞ vətəndaşlarının kredit kartı hesablarını ələ keçirtdiyi və nəticədə 2 milyon dollardan çox pul oğurladığı iddia olunur.
Onu da bildirək ki, Seleznevə qarşı oğurluq maddəsi ilə cinayət işi açılıb və dövlət ittihamçısı tərəfindən 30 il həbs cəzası istənilib.
- See more at: http://axar.az/news/23326#sthash.EsEpQ8EQ.dpuf
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq


















.jpg)


















