Texnoloji
“Selfi” üçün smartfon istehsal olundu (FOTO)
Yaponiyanın “Sony” şirkəti nümayiş etdirdiyi telefonu dünyanın
ən yaxşı “selfi” smartfonu adlandırıb. “Xperia C3” smartfonu işıq
diodu işıqlandırıcısı ilə ön genişbucaqlı 5 meqapiksellik kamera
ilə təchiz edilib.
ANS PRESS-in məlumatına görə, “Sony Xperia C3” smartfonu HD təsvir
ölçülü 5,5 düymlük IPS ekranı, 8 meqapiksellik əsas kamera, 1.2 QHs
takt tezlikli dördnüvəli “Snapdragon Qualcomm” prosessoru və
“Adreno 305” qrafikası, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş,
“microSD” slotu, “Bluetooth 4.0”, “NFC” və “Wi-Fi” modulları ilə
təchiz olunub. “Xperia C3” smartfonunun SİM kartla həm bir, həm də
iki slotla olan versiyaları satışa çıxarılacaq. Bu barədə “ICTnews"
elektron xəbər xidməti yazıb.
Aparat 2500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib,
danışıq rejimində avtonom iş vaxtı 24 saat, gözləmə rejimində isə
15 gün təşkil edir. “Sony Xperia C3” cihazının ölçüsü 156×79×7,6 mm
edir, çəkisi 150 qramdır. “Android 4.4.2” quraşdırılıb.
Avqustda smartfonun satışlarına start veriləcək. Aparat əvvəlcə
Çində, daha sonra başqa ölkələrdə əlçatan olacaq.

-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj




































