Texnoloji
Azercell sosial şəbəkələrdə liderliyə görə yenə beynəlxalq sertifikatla təltif olundu(R)
Azərbaycanın mobil texnologiyalar bazarının lideri – “Azercell Telekom” MMC artıq ikinci dəfədir ki, onlayn müştəri xidtmətləri sahəsində rekord göstəricilərə nail olaraq, “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.
Sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ən birinci yeri tutur. Hal-hazırda Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 344,000 nəfərdən çoxdur və bu rəqəm gündən-günə artmaqdadır. Hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olmuşdur. Bu il isə, bütün göstəricilər üzrə liderliyi qoruyaraq, şirkət təkrarən bü mükafatla təltif olundu. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. 2013-cü ildə Azercell-in bu göstəricisi 95,3% bərabər olmuşdur və şirkət ən qısa zamanda bu rəqəmi 100% çatdırmağı planlaşdırır. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanmışdır.
Qeyd etmək istəyirik ki, Azercell sosial şəbəkələrdə rəsmi səhifə yaradan ilk mobil operator olmuşdur. Rəsmi səhifəni yaratmaqda məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, yeniliklər haqqında onlara operativ məlumatın çatdırılması idi. Eyni zamanda, bu səhifələrin köməyi ilə şirkət abunəçilərin istək və müraciətlərini daha dərindən başa düşüb, onların çevik cavablandırılmasına nail olmuşdur. Bundan əlavə, Azercell hal-hazırda sosial şəbəkələrdə müştəri xidmətlərini tətbiq edən yeganə operatordur. Məhz bu yanaşma nəticəsində, Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram. Bu şəbəkələrdən istifadə edərək verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.
Məhz Azercell şirkəti sosial şəbəkə istifadəçiləri üçün müxtəlif müsabiqələr təşkil edən, yalnız abunəçilər deyil, bütün iştirakçılara dəyərli hədiyyələr qazanmaq imkanı yaradan ilk mobil operator olmuşdur.
Bu fəaliyyətin təbii nəticəsi olaraq, 2012-ci ildə Azercell-in Facebook səhifəsi Azərbaycan İnternet Forumu (AİF) tərəfindən Azərbaycan dilli internet resursları arasında keçirdiyi “MilliNet” Mükafatı müsabiqəsində “Sosial şəbəkələrdə ən yaxşı səhifə” nominasiyasının qalibi olmuşdur.
Twitter şəbəkəsində Azərbaycan dilindəki məzmunu monitorinq edən Aztwi.com internet səhifəsinin verdiyi statistik məlumata görə, Azercell-in bu sosial şəbəkədəki səhifəsi yalnız mobil operatorlar arasında deyil, eyni zamanda, ölkədə təmsil olunan bütün brendlər arasında ən çox istifadəçisi olan səhifədir.
Bununla bərabər, Azercell Azərbaycanda çalışan bütün şirkətlər arasında öz Twitter səhifəsi üçün təsdiqlənmiş (verified) statusu alan ilk şirkət olmuşdur. Qeyd edək ki, bu statusu Twitter şirkəti məşhur təşkilatlara, brendlərə və tanınmış şəxslərə yalnız özü verir.
Telekommunikasiya xidmətlərində liderliyi qoruyan Azercell
həmçinin, digər yenilikçi səhələrdə də birinci olmağa,
abunəçilərinə ən son texnologiya və həllərə çıxış imkanı yaratmağa
çalışır. Bü gün Azercell həm texniki, həm də müştəri xidmətləri
baxımından öz abunə bazasını ciddi şəkildə artırmağa hazırdır və
4,5 milyon müştəri ailəsinə qoşulmaq, yüksək keyfiyyətli rabitənin
üstünlüklərindən zövq almaq istəyənləri şirkətin abunəçisi olmağa
dəvət edir!
Azercell şirkətinin sosial şəbəkələrdəki fəaliyyəti ilə maraqlananlar aşağıdakı linklərdən istifadə edə bilərlər:
Azercell-in Facebook-da rəsmi səhifəsi: www.facebook.com/Azercell
Azercell-in Twitter-də rəsmi səhifəsi: www.twitter.com/Azercell
Azercell-in rəsmi İnstaqram səhifəsi: http://instagram.com/Azercell
Azercell-in Google+ rəsmi səhifəsi: http://google.com/+azercell
Azercell-in rəsmi YouTube kanalı: http://www.youtube.com/AzercellAds
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
-
MDB11:42Gürcüstanın sabiq baş prokuroru Rusiyada bölmə yaratdı - Ukraynaya qarşı vuruşacaq
-
Ekologiya11:18Antarktidada şok iqlim anomaliyası: Buzlar niyə qəfil artdı? - Alimlər səbəbi tapdı
-
MDB09:50Ukrayna yüzlərlə dronla Rusiyanın bu vilayətinə hücum etdi - Yanğın var
-
Magazin109:46Məscidə dua etməyə gedən Əkbər Əlizadə cərimələndi
-
Ekologiya08:49Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı - Bakıda nə baş verəcək?



















.jpg)








.jpg)





.png)




