Texnoloji
Qatarla gedənlərə şad xəbər
“Azərbaycan Dəmir Yollar” QSC-nin
sərnişindaşıma departamenti daha yüksək xidmət göstərmək üçün bütün
imkanlardan yararlanır. Qurumun 2010-cu ildən həyata keçirdiyi
onlayn bilet satışı da bu
xidmətlərdəndir.
ANS TV-nin məlumatına görə, “Azərbaycan Dəmir
Yollar” QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun
sözlərinə görə, hazırda dəmir yolundakı bilet satışı 3 yolla
kassalardan nəğd və nəğdsiz ödəniş etməklə və onlayn yolla həyata
keçirilir.
Nadir Əzməmmədov deyir ki, onlayn sistemlə bilet
alanların sayı hazırda 30-40 faiz təşkil edir. Hazırda isə onlayn
sistemdən istifadə edənlərin sayı tədricən artır.
Yəni vətəndaşlar evlərində oturub kompyuter
vasitəsilə rahat biletini sifariş verməyə daha çox üstünlük
verirlər. Bu, həm də sərnişinlərin qurum əməkdaşları ilə birbaşa
təmasınını və bu zaman baş verə biləcək neqativ halların qarşısını
alır. Onlayn bilet satışı da 10 gün əvvəlcədən həyata
keçirilir.
Nadir Əzməmmədov qeyd edir ki, bizim
“reilway.qov.az” saytına daxil olurlar, orada onlayn bilet satışı
şöbəsinə keçirlər və oradakı sualları cavablandırıb bilet əldə
edirlər: “Yəni orada ad, soyadı, getdiyi qatarın tipi “SV, Kupe”
var, müəyyən edib bilet əldə edə bilər”.
Onlayn bilet əldə etdikdən sonra sərnişinlər yola
düşən gün bir saat əvvəldən dəmir yolundakı kassaya yaxınlaşıb
qeydiyyata düşdükdən sonra biletini götürüb yola düşə bilər.
Hazırda onlayn bilet satışı yerli istiqamətlərə həyata keçirilir.
Gələcəkdə beynəlxalq istiqamətlərə də reallaşması istisna
deyil.
Hazırda “Azərbaycan Dəmir Yollar” QSC -
Bakı-Moskva, Bakı-Xarkov, Bakı-Rostov, Bakı-Tümen və Bakı-Tiflis
olmaqla beş beynəlxalq, Balakən, Astara və Qərb bölgəsi olmaqla 3
yerli istiqamətdə xidmət göstərir.
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj




































