Texnoloji
4 Günəş elektrik stansiyası istifadəyə veriləcək
2014-cü ilin sonunadək Azərbaycanda daha 4 Günəş elektrik stansiyası işə salınacaq.
AzVision.az xəbər verir ki, bu fikirlər iyulun 18-də Alternativ
və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində
Azərbaycan Prezidenti İlham Əliyev “Azalternativenerji” Məhdud
Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının
açılışındakı nitqindən irəli gələn vəzifələrin icrasına həsr
olunmuş toplantıda səslənib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Dövlət
Agentliyinin sədri Akim Bədəlov Suraxanı Günəş Elektrik
Stansiyasının ölkəmizin energetika sisteminə qoşulmasını
Prezidentin tükənməyən enerji mənbələrindən-günəş və külək
enerjisindən səmərəli istifadə edilməsi strategiyasının uğurla
yerinə yetirilməsi istiqamətində növbəti mühüm addım kimi
səciyyələndirib.
A.Bədəlov, həmçinin qeyd edib ki, dövlətimizin başçısı bu sahədə
qarşıya bir sıra konkret vəzifələr qoyub və onların hamısının
icrası vaxtında və yüksək keyfiyyətlə təmin ediləcək. Bunun üçün
ölkəmizdə kifayət qədər kadr potensialı yetişib. Sumqayıtda ən
müasir texnologiyalar əsasında günəş panelləri istehsal edən
“Azgüntex” zavodu istifadəyə verilib, əlaqədar qurumlarla, xarici
tərəfdaşlarla etibarlı əlaqələr qurulub.
Çıxış edən kollektiv üzvləri əmin ediblər ki, bərpa olunan və
alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi
enerji istehsalının 20 faizinə çatdırmaq vəzifəsini yerinə yetirmək
üçün ilin sonunadək daha 4 stansiyanın istifadəyə verilməsi təmin
olunacaq.
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?



































.jpg)
