Texnoloji
Video daha sürətlə ötürüləcək
Tokioda (Yaponiya) keçirilən 1st Live Entertainment & Event
Expo (LIVENT) konfransında yüksək təsvir ölçülü videonun (Ultra
High Definition) real vaxt rejimində simsiz rabitə ilə ötürülməsini
təmin edən sistem nümayiş olunub.
4k60p Wireless Transmission System adlandırılan kompleksin
yaradılmasında Ltec, Techno Mathematical Co (TMC) və Hitachi
Kokusai Electric şirkətlərinin mütəxəssisləri iştirak edib.
Mütəxəssislərin sözlərinə görə, 4K formatlı videonu dəstəkləyən
çoxlu kameraların yaradılmasına baxmayaraq həmin qurğularla çəkilən
materiallar adətən simli vasitələrlə və ya dəyişdirilən
daşıyıcılarla ötürülür, yüksək təsvir ölçülü videonun simsiz
translyasiyası üçün mövcud sistemlər isə çoxlu maneələr səbəbindən
real vaxt rejimində işləyə bilmir.
Sadə struktur üzərində qurulan 4k60p Wireless Transmission System
kompleksi H.264 standartından, simsiz qəbuledici-ötürücü və 4K
formatlı displeydən istifadə edən kodlama və dekodlama
qurğularından ibarətdir. Məlumatların ötürülməsi 25 QHs
diapazonunda həyata keçirilir, buraxılış qabiliyyəti 95
Mbit/saniyəyə çatır.
Qeyd edilir ki, sistem real vaxt rejimində videonu 3840x2160 piksel
təsvir ölçüsündə və saniyədə 60 kadr tezliyində ötürməyə imkan
verir. 4k60p Wireless Transmission System kompleksinin konsert,
idman yarışları və s. tədbirlərin canlı yayımını həyata
keçirəcək.
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?



































.jpg)
