Texnoloji
Nokia-larda Android olmayacaq
Microsoft şirkəti Nokia X xəttində Android
smartfonlarının tərtibatını dayandırıb.
ANS PRESS ICTnews-a istinadən bildirir ki, ilk smartfonlar bu ilin
fevral ayında təqdim edilib. Artıq 4 ay ötdükdən sonra Microsoft
eksperimenti dayandırmaq planları haqda bəyan edib.
"Yaxın zamanda biz Windows Phone qurğularının sayını, daha
əlçatımlı Lumia smartfonlar seqmentini inkişaf etdirərək artırmaq
niyyətindəyik. Planlaşdırılmış məhsullara əlavə olaraq biz Lumia
smartfonlarını təqdim etmək niyyətindəyik və bunun üçün gələcək
Nokia X smartfonlarını Windows Phone-a keçirəcəyik", – deyə
şirkətdən bildiriblər.
Keçid təxirə salınmadan baş verəcək, lakin şirkət artıq buraxılmış
Nokia X smartfonlarını satmağa və dəstəkləməyə davam edəcək,
onların arasında Nokia X, Nokia X+, Nokia XL modelləri və ötən ay
təqdim edilmiş Nokia X2 də var.
Bu addım Windows Phone platformasını populyarlaşdırmaq istəyən
Microsoft üçün məntiqli olacaq. Digər tərəfdən, şirkət sürətlə
artan Android smartfonları bazarına çıxışını bağlayır.
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj




































