Texnoloji
Google ölümcül silah hazırlayır (FOTO)
Sürücüsüz hərəkət edən avtomobillər yol-nəqliyyat
hadisələrinin sayının azalmasına gətirib çıxara bilər. Digər
tərəfdən, Federal Təhqiqatlar Bürosu (FTB) xəbərdarlıq edir ki,
avtomatik hərəkət edən nəqliyyat vasitələri təhdid doğurur və
"ölümcül silah" qismində istifadə edilə bilər.
ABŞ xüsusi xidmət orqanlarının rəsmiləri hesab edir ki, "ağıllı"
maşınlardan istifadə edən cinayətkarlar təqib zamanı tam sərbəst
olaraq sərbəst hərəkət edən avtomobildən atəş aça bilərlər.
Publika.az ICTnews-a istinadən bildirir ki, başqa halda isə
cinayətkarlar avtomobillərin təhlükəsizlik funksiyasını elə sazlaya
bilərlər ki, işıqforları maneəsiz keçə və sürət məhdudiyyətini aşa
bilərlər.
Xatırladaq ki, "Google" şirkəti son beş ildə gələcəyin
avtomobillərinin yaradılması layihəsi ilə məşğuldur. Belə
maşınlarda süni intellekt texnologiyası, "Google Street View"
onlayn xəritəsinin məlumatları, GPS naviqatorlar, videokameralar və
real vaxt rejimində ətraf ərazinin və yaxınlıqdakı obyektlərin 3D
xəritəsini tərtib edən bir neçə sensor tətbiq edilib. "Ağıllı"
avtomobillər elə proqramlaşdırılır ki, maneələri dəf edərək və yol
hərəkəti qaydalarına riayət edərək təyinat nöqtəsinə təhlükəsiz
çatmaq mümkün olsun.

-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj




































