Texnoloji
“Windows”lar birləşəcək
ABŞ-ın Microsoft korporasiyasının icraçı direktoru Satya Nadella gələcəkdə Windows əməliyyat sisteminin bütün əsas versiyalarının bir universal əməliyyat sistemində birləşdirilməsinin nəzərdə tutulmasını təsdiqləyib. Bu məlumatı korporasiya direktoru maliyyə nəticələrini açıqlayan zaman bəyan edib.
Microsoft əvvəllər əməliyyat sistemlərinin unifikasiya edilməsi istiqamətində müəyyən addımlar atsa da, bunlar əsasən Windows-un birləşdirilməsi ilə əlaqədar bəzi məqamlara aid olub. Bu dəfə isə S.Nadella hazırda mobil qurğular, kompüter və Xbox oyun konsolunda quraşdırılan bütün əməliyyat sistemlərinin bir-birindən fərqlənməsini tam aradan qaldırmağı planlaşdırır.
Söhbət bütün ekranlarla işləyə biləcək əməliyyat sistemindən gedir. Biz Windows-un növbəti versiyasında əvvəllər buraxılan bütün əməliyyat sistemlərinin imkanlarını bir araya gətirəcəyik, - S.Nadella vurğulayıb.
Bundan başqa, Microsoft korporasiyasında ümumi arxitektura üzərində çalışacaq vahid tərtibatçılar heyəti yaradılacaq. Bu, əməliyyat sisteminin genişlənməsinə imkan verəcək və universal Windows əlavələrin yaradılmasına gətirib çıxaracaq.
Növbəti Windows 9 əməliyyat sisteminin Microsoft-un məhsulunun hazırkı versiyasından daha universal olacağı gözlənilir. (ICTnews)
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj




































