Texnoloji
Mobil sektorun göstəriciləri açıqlandı
Azərbaycanda son 5 il ərzində mobil sektor üzrə gəlirlər
30%, abunəçi bazası isə 50% artıb.
ANS PRESS-in məlumatına görə, bu barədə məlumat “Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi - 2013” adlı illik hesabatda
yer alıb. Eyni zamanda 2013-cü ildə mobil sektor üzrə gəlirlər
əvvəlki ilə nisbətdə müqayisəli qiymətlərlə 17,4% artaraq 1150,6
milyon ABŞ dollarına çatıb. Mobil sahədə əldə olunan gəlirlər
telekommunikasiya sektorunun 64,6%-ni təşkil edir. Mobil telefon
rabitəsi xidmətləri ölkənin əhali yaşayan ərazisini tam əhatə edir
və bu, regionda 100 faizlik ilk nəticədir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr
olunan hesabatda qeyd olunur ki, mobil rabitə sektorda dinamik
inkişaf edən sahədir:
“Ölkənin İKT sektorunda mobil rabitə həm gəlirlərdəki payına, həm
da inkişaf tempinə görə aparıcı mövqeyə malikdir. Mobil rabitə
sahəsində GSM standartında 3 mobil operator fəaliyyət göstərir.
Hazırda ölkədə 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-dur. Bu
da dünya orta göstəricisindən 14,3% çoxdur”. Ölkədə mobil
genişzolaqlı internet bazarı da sürətli inkişaf mərhələsindədir.
2009-cu ildən “3G” texnologiyasının, 2012-ci ildən etibarən isə
“4G” texnologiyasının tətbiqinə başlanılıb. 2013-cü ildə mobil
abunəçilərin 41%-i həm də mobil geniszolaqlı internet istifadəçisi
olub.
Qeyd edək ki, 2013-cü ildə İKT sektorunda əldə olunmuş gəlirlərin 1
782,0 milyon dolları və ya 89,1%-i telekommunikasiya sektorunun
payına düşür. 2013-cü ildə telekommunikasiya sektorunda əldə olunan
gəlirlərin 64,6%-i mobil rabitə, 20,3%-i sabit şəbəkə, 7,2%-i isə
internet sahəsi üzrə formalaşıb. Telekommunikasiya sektorunun
inkişafının əsas hərəkətverici qüvvəsi rolunda mobil rabitə və
internet xidmətləri çıxış edir.
Belə ki, 2013-cü ildə real artım tempi internet bazarında 45%,
mobil sektorda 17,4% olub.
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi


















.jpg)







.jpg)









