Texnoloji
"Facebook" serverlərinin müdafiəsini gücləndirir
“Facebook” sosial şəbəkəsi serverlərin təhlükəsizliyinin
təmini üçün “PrivateCore” həllər istehsalçısını satın
alacaq.
Publika.az ictnews-a istinadən
bildirir ki, sazişin şərtləri açıqlanmır. “PrivateCore” şirkəti
2012-ci ildə təsis edilib və “Foundation Capital” fondundan 2,25
milyon dollar məbləğində investisiya cəlb edib.
“Facebook”un nümayəndəsi Co Sallivan bildirib ki,
“PrivateCore” şirkəti serverdə saxlanılan məlumatların mühafizəsi
və yoxlanılması üçün proqram təminatı hazırlayır.
"Şirkət tərəfindən hazırlanmış “vCage” texnologiyası məlumatların
işlənməsi mərkəzlərini zərərli proqramlar, icazəsiz giriş və virusa
yoluxdurulmuş qurğulardan müdafiə edir", - Sallivan deyib.
İstifadəçilərinin sayı 1.32 milyardı ötmüş “Facebook” daima
kibercinayətkarlardan müdafiə üçün tədbirlər görür. Ötən il sosial
şəbəkə başlanğıc sazlama kimi saytda HTTPS şifrləmə tətbiq
edib.
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir









































