Texnoloji
Çin Aya ilk geri qaytarılan aparat buraxacaq
Çin özünün ilk geri qaytarılan orbital aparatını Aya
buraxmaq planlarını açıqlayıb.
Publika.az-ın məlumatına görə, aparatın 2014-cü ilin sonunadək
buraxılacağı gözlənilir.
Çinin Müdafiə Elmi, Texnologiyaları və Sənayesi üzrə Dövlət
Komitəsi (METSDK) bildirir ki, orbital aparat əsas məqsədi Ayda
torpaq nümunələri toplamaqdan ibarət olan Çinin gələcək “Çane-5”
missiyasının testləşdirilməsi üçün nəzərdə tutulub.
Çin özünün ilk geri qaytarılan orbital aparatını ölkənin
cənub-qərbində Sıçuan əyalətinin eyniadlı qəzasında yerləşən
“Siçan” kosmodromundan yola salmağı planlaşdırır. Xəbər verilir ki,
zond artıq kosmodroma gətirilib.
“Çane-5” missiyasının Çinin kosmik proqramında ən mürəkkəb missiya
olacağı gözlənilir. Missiya zamanı mütəxəssislər Aya enmə və onun
səthindən qalxma ilə yanaşı, Yer peykinin orbitində buraxılan
zondun və əsas gəminin bir-birinə yaxınlaşması və birləşməsi üzrə
bir sıra əməliyyatlar aparmağı planlaşdırırlar.
2020-ci ilədək Çin Ayda insanı oraya çatdırmaq üçün ilk orbital
stansiyasını yaratmağı planlaşdırır. 2030-cu ilədək çinlilər Marsa
da kosmik gəmi göndərərək Qırmızı planetdən torpaq nümunələri
götürmək istəyirlər.
AzərTAc
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir




















.png)


















