Texnoloji
“Microsoft” Azərbaycan manatını tanıdı
Microsoft” şirkəti proqram təminatlarında boşluqları
aradan qaldıraraq “Windows 8.1”ə Azərbaycan manatı simvolunun
dəstəyini əlavə edib.
Publika.az-ın “ICTnews”a istinadən məlumatına görə, korporasiya
“Windows”, “Internet Explorer”, “Office”, “SQL Server”, “SharePoint
Server” və “.NET Framework”də 37 boşluğu aradan qaldıran
təhlükəsizlik üzrə 9 bulleten buraxıb. İki bülleten zəiflik
səviyyəsinə görə “kritik” xarakter daşıyır, qalan 7-si
“əhəmiyyətli” zəiflik səviyyəsi xarakteri daşıyır.
Ləğv edilən boşluqların əksəriyyəti (26-sı) “Internet Explorer”yə
aiddir. Veb-brauzerdə aşkar edilmiş boşluqların hamısı kritik
olub.
Yenilənmə “Internet Explorer”nin bütün versiyalarına aiddir. Bundan
başqa, “Microsoft” şirkəti sistemdə üstünlükləri artırmağa imkan
verən “SQL Server”, “SharePoint Server” və “OneNote” kritik
boşluqları da aradan qaldırıb.
Təhlükəsizlik bülletenləri ilə yanaşı “Microsoft” şirkəti “Windows
8.1” (KB 2975719) funksional yenilənmə paketini də təqdim edib.
Yenilənmə kompüterin sazlanma imkanlarını, “mouse” la taçpadın
işini genişləndirir.
Qeyd edək ki, yenilənmə tətbiq edildikdən sonra sistem əlavə
təhlükəsizlik üçün “Internet Explorer”də bütün köhnəlmiş “ActiveX”
plaqinləri bağlamağa başlayacaq.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








