Texnoloji
Məşhur brauzerin adı dəyişdiriləcək?
"Microsoft" tərtibatçıları "Internet Explorer"
veb-brauzerini xilas etmək üçün adının dəyişdirilməsi haqda
müzakirələr aparırlar. Onlar tərəfindən təklif edilmiş "Ultron" adı
rəhbərliyin xoşuna gəlməyib.
Brauzerin nüfuzunun azalması bu müzakirələrə səbəb olub. Proqramın
cari versiyasının (Internet Explorer 11) nisbətən uğurlu olmasına
baxmayaraq, istifadəçilər IE brauzerini kompüterlərinə quraşdırmağa
tələsmirlər, çünki "Microsoft"un brauzerinin altıncı versiyasının
çoxsaylı çatışmazlıqları hələ də yaddaşlardadır. Hesab edilir ki,
adın dəyişdirilməsi brauzerə bu mənfi imicdən yaxa qurtarmağa kömək
edəcək.
Qeyd edək ki, "Bromium Labs" şirkətinin hesabatına əsasən, 2014-cü
ilin əvvəlindən "Internet Explorer" brauzerində ötən illə
müqayisədə daha çox boşluq aşkarlanıb. IE bu göstəricisi üzrə başqa
populyar brauzerlər arasında liderdir. Bununla belə ekspertlər
bildiriblər ki, "Microsoft"un tərtibatçıları brauzerin
təhlükəsizliyinə daha çox diqqət ayırmağa başlayıblar.
(ictnews)
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)













.jpg)








