Texnoloji
"Apple" məlumatları bu ölkədə saxlayacaq
"Apple şirkəti bəzi çinli
istifadəçilərin şəxsi məlumatlarını Çinin ərazisində yerləşmiş
serverlərdə saxlamağa başlayıb".
Bu haqda "Reuters" agentliyi yazıb. Yerli
senzuraya görə Çində data mərkəzlər tikməkdən imtina edən bir çox
ABŞ şirkətlərindən fərqli olaraq Apple bu addımı atıb. Məhz çinli
istifadəçilərin məlumatlarının Çində saxlanılmasına etiraz etdiyi
üçün Googleun xidmətləri ölkədə bloklanıb.
Publika.az "ICTnews"-a istinadən bildirir ki,
"Apple" öz qərarını bulud iCloud xidmətinin işini yaxşılaşdırmaqla
izah edib. Nəzəriyyə görə, server istifadəçiyə coğrafi cəhətdən nə
qədər yaxındırsa, ondan istifadə edən xidmət daha sürətli
işləyir.
Məlumatlar "China Telecom" rabitə operatorunun
serverlərində saxlanılacaq. Bununla belə, "Apple"dan bildirilib ki,
məlumatlar şifrlənəcək və operator istifadəçilərin məzmununa giriş
əldə edə bilməyəcək.
"Reuters" yazır ki, "Apple" şirkəti şifrələnmə
açarlarını Çindən kənarda saxlayacaq.
Çin hazırda "Apple" üçün vacib bazarlardan
biridir. Belə ki, aprel-iyun aylarında regionda iPhone
smartfonlarının satış həcmi təxminən 50 faiz artıb.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı













.jpg)













.jpg)








