Texnoloji
5 il sonra 478 milyona çatacaq ...
Yüksək səviyyəli müasir smartfonların əksəriyyəti Full HD ekranları ilə təchiz edilir. Hazırda bazarda Quad HD (2560×1440 piksel) təsvir ölçülü ekranlı modellər də mövcuddur. Bununla belə, istehsalçılar daha da irəli gedərək, tezliklə 4K aparatlar da buraxmaq niyyətindədirlər.
ABI Researchin analitiki Maykl İnue bildirir ki, prosessor, yaddaş və akkumulyator daxil olmaqla mobil qurğu komponentləri Ultra HD dəstəyi nəzərə alınaraq optimallaşdırılacaq. Ancaq müvafiq şəbəkə infrastrukturunun inkişafı hələ ki problemli qalacaq. Çünki aparıcı video xidmətlər yüksək dəqiqlikli məzmuna keçməyə tələsmirlər.
Publika.az ICTnews-a istinadən bildirir ki, getdikcə cihaz və rəqəmli kameraların əksəriyyəti 3840×2160 piksel təsvir ölçülü video çəkiliş funksiyası ilə təchiz edilir. Belə videoçarxlara baxışdan maksimal həzz almaq üçün onları Ultra HD təsvir ölçülü monitor və televizorda izləmək daha yaxşıdır.
4K ekranlı mobil qurğuların 2015-ci ildə kommersiya bazarına çıxarılacağı gözlənilir. 2019-cu ilə qədər bu elektronikanın tədarük həcmi 478 milyona çatacaq.
-
Region14:10Ermənistan parlamentində müzakirə: Müxalifət hansı ölkəyə işləyir?
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir


















.png)




















