Texnoloji
“Twitter”in ölənlərlə bağlı qərarı
Bu günə kimi hər hansı istifadəçi dünyasını dəyişdikdə
qohumları onun hesabını bağlamaq xahişi ilə "Twitter"
administratorlarına müraciət edirdilər. Bunun üçün istifadəçi adına
məlumatları, ölüm haqqında şəhadətnamə və ərizəçinin şəxsiyyətini
təsdiqləyən sənədin surətini, eyni zamanda qohumluq dərəcəsinə dair
ərizəni sosial şəbəkəyə təqdim etmək tələb olunurdu.
Publika.az-ın İTİ-nin saytına istinadən məlumatına görə, indi isə
"Twitter"ə vəfat etmiş istifadəçinin şəkilləri və
videogörüntülərini silmək imkanı olan bölmə əlavə olunub. Buna
səbəb iki hadisənin baş verməsidir. Öncə Robin Uilyamsın qızı 25
yaşlı Zelda Uilyams atası ilə bağlı çoxsaylı təhqiramiz ifadələrə
məruz qaldığından "Twitter" hesabını bağlamaq məcburiyyətində
qalmışdı.
Bundan əlavə, "Twitter"in administrasiyası şəbəkədə amerikalı
jurnalist Ceyms Foulinin İraqda öldürülməsilə bağlı video və
şəkillərin yayılmasının qarşısını almışdı.
Həmçinin sosial şəbəkədən bildiriblər ki, foto və video
kontentlərin silinməsi haqqında müraciətlərin hamısına
baxılmayacaq. Xidmət bu halda, əhəmiyyətli hadisələrə ictimai maraq
və informasiya azadlığı kimi amilləri nəzərə alacaq.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı













.jpg)













.jpg)








