Texnoloji
Dünyanın ən yaxşı hava yolları şirkəti (VİDEO, FOTO)
Qətərin 5 ulduzlu milli hava yolları şirkəti olan "Qatar
Airways" 1993-cü ildə yaradılsa da, ilk uçuşunu 1 il sonra Küveyt
Hava Yollarından icarəyə götürdüyü "Boeing 767-200ER" təyyarəsi ilə
başlayıb.
Publika.az-ın məlumatına görə, mərkəzi ofisi Doha şəhərində
yerləşir. Bu il istifadəyə verilən yeni Hamad Beynəlxalq
Aeroportunda sərnişinlər çoxsalı lüks mağazalar, konfrans zalları,
uşaq otaqları, oyun meydançaları, tədris zalları, sauna, cakuzi,
eləcə də restoranlar şəbəkəsindən yararlana bilərlər.
Britaniyanın "Skytrax" tədqiqat şirkətinin 2 milyon sərnişin
arasında 10 aya yaxın müddətdə apardığı sorğuya əsasən, "Qatar
Airways" dünyanın bir nömrəli hava yolları seçilib. 2014-ci ilin ən
yaxşı "Business Class" kabini də "Qatar Airways"-ə məxsusdur.
Təyyarə salonları:
"Birinci klass"
"Birinci klass" sərnişinlərə çarpayıya çevrilən rahat kreslolarla
yanaşı, uçuş zamanı 15 düymlük videodispleyli sistem, televiziya,
şəxsi telefon, elektrik şəbəkəsi, eləcə də yataq ləvazimatları və
digər aksesuarlar təqdim edilir.
"Biznes klass"
"Biznes klass" sərnişinlərinə 160 dərəcə açılaraq çarpayıya
çevrilən rahat oturacaqlar və bir sıra uçuş xidmətləri paketi
təklif olunur. Gələcəkdə aviaşirkət uzunmüddətli uçuşlar zamanı
"Boeing 777-200LR" təyyarələrində kreslo-çarpayı yeniliyini tətbiq
edəcək.
Hazırda şirkət Afrika, Mərkəzi Asiya, Avropa, Uzaq Şərq, Cənubi
Asiya, Orta Şərq, Şimali Amerika, Cənubi Amerika və Okeaniya da
daxil olmaqla, dünyanın 144 şəhərinə uçuşlar həyata keçirir. Yaxın
4 ildə isə istiqamətlərin sayı 170-ə çatdırılacaq.
2013-cü ilin iyul ayından Qətər Hava Yolları İspaniyanın
"Barselona" futbol klubunun sponsorudur. Bundan başqa, şirkət
Anorthosis Famagusta klubu ilə də əməkdaşlıq edir.













-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







