Texnoloji
Hakerlərin şifrələri sındırma ÜSULLARI
Elektron poçtunuza, sosial şəbəələrdəki hesabınıza şifrə seçərkən diqqətli olun. Publika.az Bizimyol.info-a istinadən xəbər verir ki, hakerlər üçün hesabı qırmaq əyləncəli məşğuliyyətlərdən biridir.
Bu, onlara yaradıcılıq üçün geniş imkanlar verir. Bəzi hakerlər bunu biliklərini artırmaq məqsədi ilə etsələr də, digərləri bunu pul qazanmaq məqsədi ilə edirlər. Onu da qeyd etmək lazımdır ki, hakerlərin bir çoxları heç əziyyət çəkmədən internet istifadəçilərinin hesablarına daxil ola bilirlər.
Təəssüf ki, KİV-də yayılan bir çox yazılarda dəfələrlə hesabın şifrəsini necə yazmaq lazım olduğu haqda yazılsa da, bir çoxları buna məhəl qoymurlar və nəticə etibarı ilə bir neçə sosial şəbəkələrdə və ya elektron poçtlarında internet istifadəçiləri bəsit şifrələr qoyurlar, “Spam”-da olan internet saytlara daxil olurlar, bir saytda digərinə keçərkən onlara verilən xəbərdarlıqlara məhəl qoymurlar.
Hesabınızı ələ keçirən hakerlər adətən bu üsullardan istifadə edirlər:
1. Fişinq – hər hansı bir internet istifadəçisini real sayt kimi özünü təqdim edərək digər bir sayta aldadıb gətirirlər və istifadəçiyə hesabının şifrəsini bir daha daxil etməyi təklif edirlər. Buradan da şifrə hakerlərin əllərinə keçir.
2. Zərərli proqram təminatı (malware) – bu cür PT adətən dağıdılmış saytlara və ya təhlükəsizliyi kifayət qədər qorunmayan sistemlərə göndərilir.
3. Sosial mühəndislik – bəzən şifrəni güdmək də olur, bəzi sadəlövh istifadəçilər isə hakerlərə özləri şifrələrini deyirlər: bunun üzərində internet-dələduzluq bütöv bir təbəqə qurub.
4. Şifrənin yığılması – istifadəçi haqqında məlumat olduğu halda, həmin şəxsin hesabına qoyduğu şifrəni də tapmaq elə çətin olmur. Həmçinin avtomatik şəkildə assosiativ məlumat bazası və ya lüğət hücumu texnikası vasitəsi ilə bunu etmək mümkündür. Adətən bir çoxları hərfləri oxşar rəqəmlərlə əvəz edirlər.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







