Texnoloji
Rus hakerlər ABŞ banklarına hücum etdi
Rus hakerlər ABŞ-ın məşhur banklarına hücum
edib.
ANS PRESS-in məlumatına görə, məşhur "JP Morgan Chase" bankı da
daxil olmaqla azı 5 ABŞ bankına təşkil olunan kiber hücum
nəticəsində muştərilərin gigabaytlarca məlumatları ələ
keçirilib.
"JP Morgan Chase"dən verilən açıqlamada bildirilib ki, bank kiber
hücuma məruz qalsa da müdafiə sistemləri vasitəsi iə hücumların
qarşısını ala biliblər. Şirkət haker hücumlarının qarşısının
alınmasında ABŞ-ın gizli xidmətlərinin də onlara kömək etdiyini
bildirib.
ABŞ tərəfinin iddiasına görə, kiber hücumların Rusiyaya qarşı
tətbiq edilən sanksiyalara cavab olaraq təşkil olunub və belə
hücumlar Avropa banklarına da təşkil olunacağı istisna deyil.
Federal Tədqiqatlar Burosunun (FBI) araşdırmaları hücumların Rusiya
və Şərqi Avropa ölkələrindən edildiyini üzə çıxarıb. ABŞ mediası
isə hakerlərin Rusiya dövləti tərəfindən dəstəkləndiyini iddia
edib.
Hazırda ABŞ bankları güclü təhlükəsizlik sistemi yaratmaq
istiqamətində işlərə başlayıb.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


























.jpg)







