Texnoloji
Azərbaycanın layihəsi Çində təqdim ediləcək
Sentyabrın 16-17-də Azərbaycanın həyata keçirdiyi
regional “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM)
layihəsinin Çində təqdimatı keçiriləcək.
Mərasimdə TASİM layihəsinin işçi qrupunun rəhbərliyi iştirak
edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ANS PRESS-ə verilən
məlumata görə, layihənin akademik işləri Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən
həyata keçirilir və artıq layihə üzrə yazılar İtaliyada, Çin Xalq
Respublikasında (ÇXR) tanınmış mütəxəssislər tərəfindən
araşdırılıb, elmi məqalə formasında hazırlanıb.
Hazırda ÇXR-in ən nüfuzlu beyin mərkəzlərindən biri olan Müasir
Beynəlxalq Akademiyasının nümayəndəsi, professor xanım Tan Lan
tərəfindən “Çinin rəqəmsallaşma təcrübəsi və onun TASİM layihəsinə
təsiri” mövzusunda yazı hazırlanıb. Bu material broşür halında SAM
tərəfindən çap olunub.
Qeyd edək ki, Çinin Müasir Beynəlxalq Akademiyası müxtəlif
regionları araşdıran 11 departamentə, 400-dən artıq işçi heyətinə
və 150-dən çox baş elmi işçiyə malikdir. Akademiya ÇXR-də
beynəlxalq tədqiqatlar üçün ən böyük, qədim və ən nüfuzlu beyin
mərkəzlərindən biri hesab olunur.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


































