Texnoloji
AzərTAc-ın saytı dəyişdi
Sentyabrın 6-dan Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) informasiyalarını yeni saytında təqdim edir. Modern.az xəbər verir ki, bir müddət əvvəl AzərTAc saytının yenilənməsi ilə bağlı anons vermişdi.
Yeni resurs müasir dizaynda hazırlanıb, funksionallığı daha
yüksəkdir. Agentlik internet resursun yeniləməsində ən müasir
veb-texnologiyalardan istifadə edib, oxucuların lazımi
informasiyaları rahat və operativ əldə etmələri üçün bölmələri
yeniləyib. Həmçinin istifadəçilər AzərTAc-a abunə olmaqla bütün
xəbərləri, video və foto informasiyaları birbaşa öz elektron
ünvanları vasitəsilə ala biləcəklər.
Eyni zamanda, saytın rubrikalarında da dəyişiklik edilib, bir
sıra yeni bölmələr yaradılıb. Ölkəmizin bölgələrində son illər baş
verən inkişaf proseslərini, yenilikləri və hadisələri daha dolğun
çatdırmaq üçün saytda “Regionlar” bölməsi fəaliyyət göstərir. Digər
bölmələrdə də xəbərlərin yerləşdirilməsi və istifadəsi daha da
asanlaşıb.
Yaxın günlərdə AzərTAc-ın-ın yenilənmiş videosəhifəsi də
istifadəyə veriləcək. Bu resursda istifadəçilər Azərbaycanda və
dünyada baş verən hadisələr haqqında yığcam və dolğun məlumat
alacaq, agentliyin maraqlı layihələri ilə tanış ola
biləcəklər.
Bundan başqa, saytın mobil versiyası da qısa müddətdə tamamilə
yeniləcək və daha funksional olacaq. İstifadəçilər həm də AzərTAc-ı
Android və iOS platformalarında işləyən cihazlar üçün hazırlanmış
proqramlar vasitəsilə izləyə biləcəklər.
Hazırda AzərTAc-ı Azərbaycan dilindən əlavə 6 dildə - rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində informasiya və videoxəbərlər yayır.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


































