Texnoloji
Ölkəmiz İKT-də təmsil olunacaq
Azərbaycan sentyabrın 23-də Daşkənddə keçiriləcək
informasiya- kommunikasiya texnologiyaları (İKT) sammitində təmsil
olunacaq.
Sammit “İnfoCom-2014” İKT həftəsi çərçivəsində təşkil ediləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata
görə, bu il tədbirdə Azərbaycan ilə yanaşı, Koreya Respublikasının,
Rusiyanın, Belarusun, Qazaxıstanın, Tacikistanın, Estoniyanın,
Almaniyanın, Niderlandın, Çex Respublikasının və digər ölkələrin
nümayəndələrinin iştirakı gözlənilir.
Sammitə hər il beynəlxalq təşkilatların, dövlət və biznes
sektorunun nümayəndələri qatılırlar. Mütəxəssislər İKT-nin son bir
ildə inkişaf tempini, gələcək inkişaf istiqamətlərini, dünya
tendensiyalarını müzakirə etmək, bu sahədə təcrübə mübadiləsi
aparmaq üçün toplaşırlar. Artıq tədbirə qeydiyyat və məruzələrin
qəbulu başlanılıb. Teledebatların ümumi sayı 500 nəfərdən çox
olacaq.
Sammitin bölmə iclasları “Dövlət sektorunda İKT”, “Biznesdə İKT” və
“İnformasiya resursları və internet” mövzuları üzrə aparılacaq.
Əsas müzakirə mövzularından biri “Elektron hökumət”in inkişafı
olacaq. İştirakçılar, eyni zamanda, ölkədə milli
informasiya-kommunikasiya texnologiyalarının inkişafı
proqramlarının reallaşdırılması sahəsində nailiyyətlər və
problemlər, İKT-nin müxtəlif sahələrdə tətbiqi, tənzimləmə siyasəti
və s. aktual məsələləri müzakirə edəcəklər.
AzərTAc
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


































