Texnoloji
Dünya Poçt İttifaqının 140 illiyi qeyd ediləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 9 oktyabr
-Dünya Poçt İttifaqının (DPİ) yaranmasının 140-cı ildönümünü
təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Bununla əlaqədar müvafiq
tədbirlərin keçirilməsi planı nazirlik tərəfindən
təsdiqlənib.
Publika.az-ın məlumatına görə, nazirlikdən bildiriblər ki, plana əsasən, bu münasibətlə “Azərpoçt” MMC-də xüsusi tədbirin keçirilməsi, televiziya kanallarında veteran poçt işçilərinin iştirakı ilə verilişlərin təşkili və görülən işlərin kütləvi informasiya vasitələrində işıqlandırılması planladırılıb.
Eyni zamanda, oktyabrın 3-də MMC-nin tabeli müəssisələrinin binalarında və onların ətrafında səliqə-sahman, abadlıq yaradılması məqsədilə iməciliklərin keçirilməsi, oktyabrın 9-dək tabeli müəssisələrdə toplantıların təşkili, bayram münasibətilə “Azərpoçt” MMC-də əl işlərindən ibarət sərginin açılması və s. nəzərdə tutulur. Bundan əlavə, oktyabrın 8-də Kürdəmir poçt flialının Qarasu və Salyan poçt filialının Şəkərli poçt şöbələrinin yeni tikilmiş binalarının istifadəyə verilməsi planlaşdırılır.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


































