Texnoloji
“Android”dəki məlumatlar şifrələnəcək
Bir ay sonra çıxarılacaq “Android” platformasının yeni versiyasında şifrləmə funksiyası reallaşdırılacaq. “The Washington Post” nəşri “Google”un nümayəndəsinə istinadən yazır ki, funksional başlanğıc sazlamaya görə aktiv olacaq.
Publika.az xəbər verir ki, 2011-ci ildən başlayaraq, axtarış nəhəngi əmin edir ki, qurğularda saxlanılan məlumatlara, hətta hökumət təşkilatları müdaxilə edə bilməyəcəklər.
“Android” platforması smartfon və planşetlərdə saxlanılan informasiyanın şifrlənməsi üçün yeni imkanlara sahiblənib. Amma bu imkanlar haqda az sayda insan xəbərdar olduğundan, buna görə müvafiq funksiyalar çox zaman deaktiv edilib.
Gələcəkdə bu kimi hallarla qarşılaşmamaq üçün “Google” qurğuda saxlanılan məlumatların şifrlənmə funksiyasını başlanğıc sazlamaya görə aktivləşdirmək qərarı verib. Foto, video və başqa informasiyaya giriş əldə etmək üçün yalnız xüsusi parolu daxil etmək lazımdır.
“Google”un mətbuat katibi Niki Kristoff iddia edir ki, hüquq-mühafizə orqanları məlumatlara giriş əldə edə bilməyəcəklər, çünki giriş açarı qurğuda saxlanılmır.
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



































.jpg)
