Texnoloji
“YouTube”un rəhbəri dəyişəcək
"Google"un baş vitse-prezidenti Süzan Voysiski yaxın vaxtlarda
"YouTube" videohostinqinə başçılıq edəcək.
Publika.Az-ın ictnews.az-a istinadən verdiyi
xəbərə görə, Voysiski hazırda "Google" üçün pul mənbəyi olan reklam
bölməsinin rəhbəridir, bundan başqa onun bacısı Enn Voysiski
"Google"un həmtəsisçisi Serqey Brinin həyat yoldaşıdır.
"Bloomberg" agentliyinin yaydığı məlumata əsasən, rəsmi olaraq
boşanmasalar da, Enn Voysiski və Serqey Brin ötən ilin
sentyabrından bir yerdə yaşamırlar. Süzan Voysiski, həmçinin Serqey
Brin və Larri Peycin ilk biznes tərəfdaşı olub.
"cybersecurity.ru" saytının məlumatına görə, Süzan
Voysiski Salara Kamanqarı əvəz edəcək. Öz növbəsində Salara
Kamanqar "Google"da başqa vəzifəni icra edəcək.
Hazırda "YouTube" portalına 1 milyarddan çox insan daxil olur və
portal daha çox ödənişli məzmun və reklamların yerləşdirilməsi
sayəsində kommersiyalaşır. Qeyd edək ki, 2013-cü ildə "YouTube"un
gəliri 5,6 milyard dolları ötüb.
Publika.Az
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar























.jpg)















