Texnoloji
ABŞ Marsa adam göndərir
ABŞ-da dəfələrlə istifadə oluna bilən “Orion” kosmik gəmisinin quraşdırılması başa çatdırılıb.
Publika.az xəbər verir ki, NASA-nın saytında yerləşdirilmiş məlumata görə, aparat noyabrın 10-dək Floridadakı Merritt adasında yerləşən Kennedi adına Kosmik Mərkəzdə saxlanacaq. Sonra “Orion”u Kanaveral burnundakı kosmodromun buraxılış qurğusuna daşımaq planlaşdırılır.
Dekabrın 4-də orada gəminin ilk sınaq uçuşunun keçirilməsi nəzərdə tutulub. “Orion”u orbitə “Delta” nəslindən olan raketin çıxaracağı gözlənilir. Gəmi xidmət və yük modullarından ibarətdir. Onların ümumi kütləsi 20 tondan çoxdur. “Orion” gəmisinin yük modulu konusşəkilli formadadır, hündürlüyü üç metrdən çox, əsas hissəsinin diametri isə təqribən beş metrdir.
NASA yeni aparatdan insanların uzaq kosmosa, Ay orbitindən kənara uçuşları üçün istifadə etməyi planlaşdırır. “Orion” ilk insanın Marsa göndərilməsinə dair Amerikanın genişmiqyaslı proqramının tərkib hissəsidir. Bu yeni aparatın köməyi ilə 2020-ci illərdə NASA Aya yaxın asteroidi öyrənməyi planlaşdırır. O, həmin asteroiddən insanın Marsa çatdırılması üçün tranzit baza kimi istifadə etmək niyyətindədir.
NASA-nın mütəxəssisləri öz kosmos proqramlarının həyata keçirilməsi çərçivəsində 2018-ci ilədək “Space Launch System” (SLS) ağır daşıyıcı raketinin modernləşdirilməsini başa çatdırmağı planlaşdırır. Dəfələrlə istifadə oluna bilən “Orion” kosmik gəmisinin 2011-ci ildən istifadə olunmayan “Space Shuttle” və Rusiyanın “Soyuz” gəmilərini əvəz edəcək.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















