Texnoloji
Kibercinayətkarlıqla məşğul olan 400 sayt bağlanıb
Narkotik və silah da daxil olmaqla qeyri-qanuni satış əməliyyatları həyata keçirən Silk Road 2.0 və daha 400 digər internet qapadılıb.
Publika.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, həmin saytlar internetdə iz azdırıcı proqramlar vasitəsilə fəaliyyət göstərərək xeyli müddət görünməz və əlçatmaz qalıb. Adı çəkilən saytlara və onların arxasında duran şəxslərə qarşı ABŞ və Avropanın 16 ölkəsində irmiqyaslı əməliyyatın keçirilməsi nəticəsində 17 nəfər həbs olunub. Onların 6-nın Britaniyada saxlanıldığı bildirilir.
Həbs edilən şəxslər arasında naroktik alış-verişilə məşğul olan Silk Road 2.0 saytı arxasında duran Blake Benthall da var.
Qapadılan saytların istifadə etdiyi Tor proqramı vasitəsilə iz azdıran serverlər narkotik və uşaq pornoqrafiyası dəllalları ilə yanaşı ekstremist qruplarına da xidmət edən şəbəkələr məskəninə çevrilib.
Ekspertlər adı çəkilən saytların bağlanmasını kiber cinayətkarlığa qarşı mübarizədə atılmış ciddi addım kimi dəyərləndirirlər.
Əməliyyat zamanı 1 milyon dollar dəyərində virtual valyuta sayılan "Bitcoin" ödəniş vasitəsi müsadirə edilib.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















