Texnoloji
Qadınlar üçün "ağıllı" bilərzik - FOTO
“Intel” şirkəti qadın auditoriyası üçün nəzərdə tutulmuş ünsiyyət və naviqasiya üçün funksiyalara malik “MICA” bilərziyini nümayiş etdirib.
Bildirilir ki, “ağıllı” “MICA” (My Intelligent Communication Accessory) aksessuarının dizaynı “Opening Ceremony” şirkəti tərəfindən hazırlanıb.
Bilərziyin tərtibatında ilan dərisi, 18 karatlıq qızıl, mirvari və obsidiandan istifadə olunub, “MICA”-nın sensor ekranı sapfir şüşədən hazırlanıb. Qurğunun texnoloji "içliyi" “Intel” şirkəti tərəfindən hazırlanıb.
"MICA – bu, müasir qadınlara mətn mesajlarına, “Gmail” və “Facebook” bildirişlərinə, həmçinin “Google” təqviminə giriş imkanı verən gözəl və “ağıllı” qolbaqdır" – deyə şirkətdən bildirilib. İstifadəçilər yeni mesaj və məktublar haqda bildirişlər ala, onlara qısa cavab verə, həmçinin daxil olan bildirişlərin filtrasiyası üçün VIP kontakt siyahıları yarada bilərlər.
ABŞ-da qurğunun dəyəri “AT&T” operatoru ilə ikiillik müqavilə əsasında 495 dollar təşkil edəcək. Dekabrın əvvəlində qolbağın satışlarına başlanılacaq.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















