Texnoloji
DİQQƏT: Facebook istifadəçilərin şəxsi məlumatlarını üçüncü şəxsə satacaq
Dünyanın 1 nömrəli sosial şəbəkəsi olan Facebook gələn ildən etibarən istifadəçiləri ilə yeni qaydalarla işləyəcək. Bu barədə şirkətin hər bir istifadəyə göndərdiyi xəbərdarlıq məktubunda bildirilir.
Publika.az-ın məlumatına görə, 2015-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, istifadəçilərə aid məlumatlar şəbəkənin partnyorlarına ötürülə bilər, eyni zamanda istifadəçilərin reklam görüb görməməsi onların istəyindən asılı olacaq.
Şəxsi məlumatlar dedikdə nə nəzərdə tutulur?
Dəyişikliyə əsasən, Facebook, öz istifadəçiləri barədə müxtəlif fərdi məlumatları üçüncü şəxsə vermək hüququnu qazanacaq. Buraya istifadəçinin yeri haqqında məlumatlar, habelə qeydiyyat məlumatları, status və şərhləri, paylaşdığı foto və videomateriallar, istifadəçinin dostları, hansı bank kartlarından istifadəsi, elektron ödənişlərin həyata keçirilməsi ilə bağlı məlumatlar, malın çatdırılma ünvanı, ödənişlərin vaxtı, hesab nömrələri və sair şəxsi məlumatlar daxildir.
Şəxsi məlumatlarınız başqalarına satılacaq
Facebook bu məlumatları reklam xidmətlərinə və analitik şirkətlərə, rabitə operatorlarına və "bizim biznesə qlobal dəstək göstərən digər tərəfdaşlarımız” kateqoriyasına daxil olanlara ötürə bilər. Administrasiya qeyd edir ki, dövlət orqanlarının qanuni sorğuları əsasında məlumatlar onlara da məlumat verilə bilər. Facebook-a 2015-cı il yanvarın 1-dən sonra qoşulanlar sosial şəbəkənin yeni istifadəçi razılaşması ilə avtomatik olaraq razılaşmış sayılacaq. Bildirlir ki, istifadəçi razılaşmasına dəyişikliklər Facebook-un kənar xidmətlərinin optimallaşdırılması və səmərəliliyin artırılması üçün edilib.
Facebook hansı məlumatları toplayır?
Facebook administrasiyası qeydiyyat anından başlayaraq profildə qeyd olunan bütün məlumatları öz serverlərində saxlamaq hüququnu özündə saxlayır. Buraya təkcə istifadəçi məlumatları daxil deyil, həm də coğrafi mövqe, fotoşəkil və videolar, qoyulan və baxılan internet ünvanları (keçidlər), şəbəkə daxilində statuslar və şərhlər, həmçinin digər əməliyyatlarla bağlı məlumatlar daxildir.
Facebook istifadəçi razılaşmasını niyə dəyişib?
Yeni saziş çərçivəsində Facebook şəbəkə istifadəçiləri və müxtəlif xidmətlərin (reklam, maliyyə və s.) təchizatçıları arasında vasitəçi kimi çıxış etməyə qanuni imkan qazanır. Həmçinin, xidmətlərin (digər xidmətlərinin və hesabların yaxınlığı ilə sinxronlaşdırılması) təhlükəsizliyini təmin etmək imkanı yaranır. İstifadəçi razılaşması qeyd olunur ki, Facebook tərəfdaşlarının tələb etdikləri məlumatlar təhlükəsizlik standartlarına cavab verməlidirlər. Partnyorlara məxfiliklə bağlı ciddi tələblərə uyğun olan məlumatlar təqdim edilə bilər.
Müqavilənin dəyişdirilməsi şəbəkənin xidmətlərinə necə təsir edəcək?
Praktiki olaraq heç nə. Razılaşmanın bütün dəyişiklikləri yalnız Facebook və onun partnyorları arasında əlaqələrin gücləndirilməsinə xidmət edir. İstifadəçilər yanvarın 1-dən sonra heç bir dəyişiklik hiss etməyəcəklər.
-
ABŞ13:46Vens xalqa səsləndi: Təşvişə düşməyin, amma ... - Nə baş verir?
-
İdman13:10Messinin həyat yoldaşı Maçu Pikçudan cazibədar FOTOLAR paylaşdı
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər















.jpg)

.webp)





















